Bu gün Brüsseldə baş vermiş terror aktları ilə əlaqədar bütün ölkə ərazisində terror təhlükəsinin labüd olduğunu nəzərdə tutan dördüncü həyəcan səviyyəsi elan edilib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, Azərbaycanın Belçika Krallığı və Lüksemburq Böyük Hersoqluğunda səfirliyi və Avropa İttifaqı yanında nümayəndəliyindən verilən məlumata görə, bununla əlaqədar, hazırda Belçika ərazisində olan bütün Azərbaycan vətəndaşlarına insanların kütləvi toplaşdığı yerlərdən uzaq durmaq və təhlükəsizlik tədbirləri ilə əlaqədar yerli hüquq-mühafizə orqanlarının tələblərinə riayət etmək tövsiyə olunur.
Azərbaycan vətəndaşları aşağıdakı əlaqə vasitələri ilə bütün sutka ərzində səfirlik ilə əlaqə saxlaya bilərlər:
Ünvan: Avenue Moliere 464, 1050 Brüssel
Tel.: +32 2 345-26-60
Faks: +32 2 345-91-58
E-ünvan: [email protected]