Belçikada da məscidlər bağlanılır

Belçikada da məscidlər bağlanılır
  • DÜNYA

Belçika hakimiyyəti bir sıra məscidlərin bağlanması variantını nəzərdən keçirir.

Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bu barədə Belçikanın Baş naziri Şarl Mişel jurnalistlərə açıqlamasında bildirib.

Baş nazirin sözlərinə görə, məscidlərin bağlanmasında məqsəd radikal vaizlərin gənclərə təsirinin qarşısını almaqdır: “Brüsselin bəzi rayonlarında Parisdəki terror aktlarının hazırlığı aparılıb. Terrorçu intiharçılardan ikisi Brüsselin mərkəzi kommunasında yaşayıb”.

Qeyd edək ki, noyabrın 13-də Parisdə baş vermiş bir neçə terror aktı nəticəsində 132 nəfər həlak olub.

Xəbər 328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR