Belçika müdafiə xərclərini artırır

Belçika müdafiə xərclərini artırır
  • DÜNYA

Belçikanın yeni çoxillik büdcə razılaşması ölkənin müdafiə xərclərinin 2026-cı ilə qədər ÜDM-in 2%-nə qədər artırılmasını nəzərdə tutur.
Aktual.az xəbər verir ki, bunu ölkənin müdafiə naziri Teo Franken hökumətin 2026-2029-cu illər üçün büdcə barədə razılığa gəlməsindən sonra deyib.
"Bütün qanunvericilik müddəti ərzində (2029-cu ilə qədər - red.) müdafiə xərclərinə ÜDM-in 2%-ni təmin edirik. Bu, ordumuza genişmiqyaslı bərpa üçün lazım olan "maliyyə oksigenini” verəcək. Bu, qeyri-müəyyən dövrlərdə zəruri olan tarixi bir addımdır”, - o bildirib.
Xəbər 52 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR