Belçika Rusiyanın aktivlərini müsadirə etməyə razı olmasa, Avropa Birliyində təcridlə üzləşəcək.
Aktual.az xəbər verir ki, bu barədə "Politiko” nəşri Avropa diplomatlarından birinə istinadla məlumat yayıb.
"Belçika dondurulmuş Rusiya aktivlərinin müsadirə edilməsinə razılıq verməkdən imtina etsə, Macarıstanla birlikdə AB daxilində təcrid olunmuş vəziyyətdə qala bilər. AB nümayəndələri bu həftə Avropa Komissiyasının Rusiya aktivlərinin müsadirə edilməsi üçün təklif etdiyi sxemi müzakirə etmək üçün üç iclas keçirəcək, bu aktivlərin əsas hissəsinin saxlandığı Belçika isə buna qarşıdır.
Belçikanın Baş naziri Bart De Vever qərara mane olmağa davam edərsə, o da Macarıstanın Baş naziri Viktor Orban kimi təcrid olunacaq və AB tədbirlərində səsini itirəcək. Bundan başqa, Belçikanın ümumavropa təşəbbüsləri ilə bağlı fikirlərinə məhəl qoyulmayacaq və Belçika siyasətçilərinin zənglərinə artıq cavab verilməyəcək”, - nəşr yazıb.
Xəbər 48 dəfə oxunub.