Belarusda prezident seçkiləri başa çatıb

Belarusda prezident seçkiləri başa çatıb
  • DÜNYA

Belarusda prezident seçkiləri başa çatıb.

Seçki məntəqələri yerli vaxtla saat 08.00-da açılıb, səsvermə saat 20.00-dək davam edib.

Saat 18:00-a olan vəziyyətə görə seçicilərin 81,77% səsvermədə iştirak edib

Respublika ərazisində 6100 seçki məntəqəsi fəaliyyət göstərir. Respublikadan kənarda yaşayan Belarus vətəndaşları üçün isə 49 seçki məntəqəsi yaradılıb.

Hazırkı dövlət başçısı Aleksandr Lukaşenko ilə yanaşı, Liberal-Demokrat Partiyasının lideri Sergey Qaydukeviç, “Qovori pravdu” (“Həqiqəti danış”) kampaniyasının fəalı Tatyana Korotkeviç və Belarus Vətənpərvər Partiyasının sədri Nikolay Ulaxoviç prezident postu uğrunda mübarizə aparır.\trend

Aktual.az

Xəbər 468 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR