Xarici qüvvələr daxildəki etiraz əhval-ruhiyyəsi ilə oynayıb Belarusda hakimiyyəti dəyişə bilməyəcəklər.
Aktual.az axar.az-a istinadən bildirir ki, bu sözləri Minskdə hərbçilər qarşısında çıxışı zamanı Belarus prezidenti Aleksandr Lukaşenko deyib.
Lukaşenko son illərdə gərginliyin artdığını və dünyanın 1 dəqiqə belə olsa, münaqişələrdən azad olmadığını bildirib:
"Son illərdə bütün silahlı münaqişələr bir xüsusiyyət daşıyır. Bütün xarici təhlükələr daxili qüvvələr hesabına baş verir. Bir qayda olaraq, hakimiyyətlər dəyişilir və dövlətlər məhv edilir. Belə bir ssenari bizim üçün qəbuledilməzdir. Bu cəhdlər Belarusa qarşı da olub".
O, təhlükəsizlik və sabitliyin Belarus xalqının ən yüksək dəyərləri olduğunu bildirib.