Belarus XİN başçısı səmimi dialoq çağırışı etdi

Belarus XİN başçısı səmimi dialoq çağırışı etdi

"Qərb Qoşulmama Hərəkatı üzvlərinə qarşı ikili standartlarla davranır. Birtərəfli, məhdudlaşdırıcı addımlarla təzyiqlər göstərir”. 
Aktual.az-ın məlumatına əsasən, bunu Belarusun xarici işlər naziri Sergey Aleynik Qoşulmama Hərəkatının Əlaqələndirici Bürosunun Nazirlər iclasında deyib. 
O bildirib ki, Qoşulmama Hərəkatı Qərbin hərəkətlərinə qarşı həmrəylik göstərməlidir. Nazir qeyd edib ki, qlobal geosiyasi toqquşmalar davam edir və belə zamanda səmimi dialoq yeganə həll yoludur. O, Belarusun qlobal həmrəyliyə töhfə verməyə hazır olduğunu bildirib.

Xəbər 365 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR