Belarus: Bu halda nüvə silahından istifadə edəcəyik

Belarus: Bu halda nüvə silahından istifadə edəcəyik

Ölkənin suverenliyi və müstəqilliyinə təhlükə yaranarsa, taktiki nüvə silahından istifadə edəcəyik.
Aktual.az xəbər verir ki, bunu Belarus Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Pavel Muraveyko bildirib.
"Ən son arqument və çəkindirici rol oynayan tezislərdən biri də qeyri-strateji nüvə silahlarının ölkəmizin ərazisinə qaytarılmasıdır. Bu silahlardan necə istifadə etməyi öyrənmişik. Biz onu necə tətbiq edəcəyimizi bilirik. Siz isə arxayın ola bilərsiniz: əgər ölkəmizin suverenliyinə və müstəqilliyinə təhlükə yaranarsa, bunu edəcəyik", - Muraveyko qeyd edib.
Xəbər 118 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR