Böyrək daşı xəstəliyi – böyrəklərin ən çox yayılmış xəstəliklərindən biridir. Bu zaman böyrəklərdə daşlar əmələ gəlir.
Daşlar həm kiçik (3 mm-dək), həm də iri (15 sm-dək) ölçülərdə ola bilər. Əksər hallarda böyrək daşları özünü heç bir əlamətlə büruzə vermədən uzun müddət mövcud ola bilər.
Böyrək daşlarından əziyyət çəkən xəstələr uzun müddət bundan məlumatsız olduqda onlarda böyrək çatışmazlığı əmələ gəlir və böyrəklər öz funksiyasını itirməyə başlayır. Hidronefroz adlanan bu xəstəliyin qurbanları böyrəklərini itirmək təhlükəsi ilə üz-üzə qalırlar.
Bel nahiyəsində yüngül və ya kəskin ağrılar, qasıq nahiyəsində ağrılar, bəzən isə heç bir ağrı olmadan böyrəklərə soyuqdəymə hissi, sidiyə az-az getmə böyrək daşı xəstəliyinin əsas əlmətlərindəndir.
Avropa Uroloqlar Cəmiyyəti İdarə Heyətinin üzvü, Azərbaycan Avropa Tibb Assossiasiyasının sədri, Fransa təhsilli uzman-uroloq, Dr. Araz Bayramov böyrək daşlarından əziyyət çəkən və böyrək daşı şübhəsi olan soydaşlarımızın Avropa protokollarına uyğun olaraq müayinə və müalicəsini həyata keçirir.
Belə ki, xəstələr ümumi həkim müayinəsi, Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında çalışmış uzman Dr. A.Bayramovun şəxsən ultrasəs müayinəsi və xəstəlik aşkar olunarsa, müalicəsinə cəmi 80 manat vəsait ödəyəcəklər.
İriölçülü böyrək daşlarından, o cümlədən mərcanvari böyrək daşlarından əziyyət çəkən xəstələr isə heç bir kəsik, ağrı, narkoz olmadan endoskopik üsulla (lazer üsulu) böyrək şişləri və daşlarından, həmçinin iriölçülü böyrək daşlarından xilas olacaqlar. Əməliyyat göstərişi olan xəstələr isə öncədən müayinəyə heç bir ödəniş etməyəcəklər.
Xatırladaq ki, uzman Dr. Araz Bayramov Fransada təhsil alıb və uzun müddət Fransanın Eduard Heriot adına Mərkəzi Xəstəxanasında aparıcı mütəxəssis, uroloq-androloq kimi çalışıb.
Azərbaycanda ilk dəfə olaraq laporoskopik yolla böyrək şişinin böyrəyə toxunmadan çıxarılması əməliyyatını həyata keçirib. O cümlədən Cənubi Qafqazda ilk dəfə Laparoskopik Partial Nefrektomiya Unikal əməliyyatlarını gerçəkləşdirib.
Unutmayın, böyrəklər olduqca önəmli funksiyaya malikdir!!! Vaxtında müayinə və düzgün müalicə sizi böyrək xəstəliklərindən xilas edir!!! Öz sağlamlığınıza biganə yanaşmayın və Avropanın etibar etdiyi uzman-uroloqun müayinəsinə yazılın!!!
Qəbula yazılmaq istəyən soydaşlarımızın öncədən qeydiyyatdan keçməsi vacibdir!!!
ZƏRURİ QEYD: Böyrək daşlarının müxtəlif növləri var ki, Fransa təhsilli uzman-uroloq, Dr. Araz Bayramov böyrək daşlarından əziyyət çəkən xəstələri Avropa standartlarına uyğun avadanlıqlarla müayinə edərək, onlarda hansı növ böyrək daşlarının olmasını aşkara çıxarır.
Əlaqə telefonu:
(055) 255-55-45
(012) 511-10-99