Məşhur "H&M” brendi artıq 5 ildir ki, əməkdaşlıq etdiyi model Devid Bekhemi başqa bir ulduzla əvəz edəcək.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, marka "The Weeknd” kimi tanınan 26 yaşlı kanadalı musiqiçi ilə müqavilə imzalayacaq. İfaçı brendin yeni yaz kolleksiyasının siması olacaq.
Məhsullar martın 2-də təqdim ediləcək. Bu addımın səbəbi yeni əməkdaşlıqla gənc nəslin diqqətini daha da cəlb etməkdir.
Xatırladaq ki, Devid Bekhem 2011-ci ildən etibarən bu marka ilə əməkdaşlıq edir və alt paltarlarını belə reklam etməkdən çəkinmir.
Xəbər 424 dəfə oxunub.