Bekhem Modriçi “İnter Mayami”yə çağırmaq istəyir

Bekhem Modriçi “İnter Mayami”yə çağırmaq istəyir
  • İDMAN

"Real Madrid”in yarımmüdafiəçisi Luka Modriç yaxın vaxtda komandanı tərk edə bilər.
Aktual.az xəbər verir ki, bu barədə jurnalist Florianm Plettenberq sosial şəbəkədə yazıb.
Onun sözlərinə görə, ABŞ-nin "İnter Mayami” klubu xorvatiyalı futbolçunu heyətində görmək istəyir. Florida təmsilçisinin sahibi Devid Bekhem 38 yaşlı oyunçuya böyük maraq göstərir.
Qeyd olunub ki, Modriç, kral klubunu tərk etməyə yaxın olsa da, hazırda Madrid klubundakı oyunlarına köklənib, çünki yenə əsas heyətin oyunçusu olmaq istəyir.
Xatırladaq ki, 2012-ci ildə Modriç "Real Madrid”dən "Tottenhem”ə keçib. Bu müddət ərzində xorvatiyalı futbolçu 495 oyuna çıxıb, 37 qol və 77 məhsuldar ötürmə ilə fərqlənib.
Futbolçunun Madrid klubu ilə müqaviləsi növbəti mövsümün sonunadək nəzərdə tutulub. "Transfermarkt”a görə, oyunçunun təqribi qiyməti 10 milyon avrodur.

Xəbər 253 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR