Bəhlul Mustafazadə karyerasını BƏƏ-də davam etdirəcək

Bəhlul Mustafazadə karyerasını BƏƏ-də davam etdirəcək

Millimizin futbolçusu Bəhlul Mustafazadə "Sabah”dan ayrılıb.

Aktual.az xəbər verir ki, buna səbəb müdafiəçinin yeni klubla müqavilə imzalamasıdır. Belə ki, Mustafazadə karyerasını BƏƏ klubu "Əl Əyn"də davam etdirəcək.  "Sabah”ın Gürcüstan toplanışına yollanmayan Bəhlul müqavilə bağlamaq üçün BƏƏ-yə gedib.

Bu transferin neçəyə başa gəldiyi haqda dəqiq məlumatlar olmasa da, ərəb klubunun yüksək məbləğ ödədiyi bildirilir. Mustafazə "Transfermarket"də 500 min avro dəyərində qiymətləndirilir.

Sözügedən klubu məşhur ukraynalı mütəxəssis Sergey Rebrov çalışdırır.
Xəbər 523 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR