Bu dəqiqələrdə Mətbuat prospektində (Bakı Dövlət Universitetinin arxasında) dəhşətli qəza baş verib.
Prospektlə 20 Yanvar istiqamətində sürətlə hərəkət edən “Lada Priora” markalı avtomobil yolu keçmək istəyən 5 tələbəni vurub. Onların ikisinin vəziyyəti ağırdı. Yaralılar xəstəxanaya aparılıb.
Hadisəylə bağlı Mətbuat prospektində sıxlıq yaranıb.