Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin dekanı Şamil Vəliyev və dekan müavini Əli Hacıyev vəzifələrindən gediblər.
Aktual.az Modern.az-a istinadən xəbər verir ki, bu barədə BDU-dan məlumat verilib.
Məlumata görə, onlar öz ərizələri tutduqları vəzifələrindən uzaqlaşıblar
Hazırda universitetdə Jurnalistika fakültəsinin dekanı vəzifəsini Cahangir Məmmədli, dekan müavini vəzifəsini isə Könül Niftəliyeva icra edir.