BCM İsrailin tələbini RƏDD ETDİ

BCM İsrailin tələbini RƏDD ETDİ

Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə dair orderləri ləğv etmək tələbini rədd edib. Həmçinin, Fələstin ərazilərində mümkün hərbi cinayətlərlə bağlı istintaqın dayandırılması tələbi də rədd edilib.
Aktual.az xəbər verir ki, bu barədə "Röyters” məlumat yayıb.
Məlumata görə, məhkəmə öz yurisdiksiyasını təsdiq edib və qərarların yurisdiksiya mübahisəsi üzrə ayrıca qərar qəbul edilənədək qüvvədə qalacağını vurğulayıb. İsrailin əmrlərin qanunsuz olması ilə bağlı arqumentlərinin əsassız olduğu müəyyən edilib.
Xəbər 372 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR