BazarStore müştəriləri aldadır?

BazarStore müştəriləri aldadır?

“Bu, normaldır?”

Bakıda qadın Bazarstore-u dələduzluqda ittiham edir

Sosial şəbəkədə qadın onu iki dəfə Bazarstore mağazalar şəbəkəsində aldatdıqlarını bildirib.

“Soya sous və qırmızı balıq almaq üçün “Bazarstore”-a üz tutdum. Məhsulları seçib kassaya yaxınlaşan zamanı satıcı seçdiyim məhsulu kənara qoydu. Lakin məhsulu çekə qeyd etdi. Mən ordan gedən zaman gördüm ki, aldığım məhsul kənarda qalıb, paketimdə o məhsul yoxdur.

Satıcıdan ödənişini etdiyim malı niyə kənara qoyduğunu soruşdum. O heç mənə fikir vermədi...

Evdə qırmızı balığı neçəyə aldığımı bilmək üçün çekə baxdım, gördüm ki, qırmızı balıq çekdə iki dəfə hesablanıb, halbuki mən bir tikə götürmüşdüm.

Mən axşam saatlarında yenidən həmin mağazaya qayıtdım, satıcı bununla bağlı mənimlə danışmaqdan imtina etdi. Onun əvəzinə menecer mənə yaxınlaşıb, araşdırıb üzr istədi. Bu, normaldır? Birinci səfər məni 4.85 manat aldatmaq istədilər, ikinci səfər isə 10.39 manata olan bir tikə balığı iki dəfə hesabladılar?”-xanım sosial şəbəkdə yazıb.\oxuaz

Aktual.az

Xəbər 640 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR