Bazarlarda qiymətlər bir-birindən xeyli fərqlənir. Görəsən, bunun səbəbi nədir?
Aktual.az xəzəzrxəbər.com-a istinadən bildirir ki, paytaxtdakı bazarlarda meyvə-tərəvəzin qiymətlərində kəskin fərqlər var. Apardığımız araşdırmalar belə deməyə əsas verir.
Ən çox tələbat olan badımcan, lobya, xiyar, pomidor kimi məhsulların qiymətləri ilə maraqlandıq. Məsələn, "Yaşıl bazar" ilə "8-ci kilometr" bazarlarını müqayisə etdikdə qiymət fərqini aydın görmək olar. Qiymətlər arasında təxminən 30- 40 % fərq var.
Alıcıların da qiymətlərə münasibəti birmənalı deyil. Bu arada bazar piştaxtlarını nübar məhsullar da bəzəməyə davam edir. Bu ayın məhsulu olan may gilası qısa bir müddət əvvəl satışa çıxarılıb.