Soyuqlar düşdü, qiymətlər dəyişdi. Payız fəsli gələr-gəlməz kənd təsərrüfatı məhsullarının da qiymətində artım müşahidə edilir. Satıcılar bunu mövsümün bitməsi, bir tərəfdən də məhsulların maya dəyərindəki artımla əlaqələndirirlər
Aktual.az atv.az-a istinadən bildirir ki, məhsullarda 10 qəpik - 1 manat arası bahalaşma var. Məsələn, 50 qəpiyə satılan badımcan 70 qəpik, kələm 60 qəpik, pomidor 1 manat 50 qəpik, xiyar 1 manat, nar 2-3 manat, üzüm 2-3 manat, armud 1 manat 50 qəpik, yerkökü 1 manatdan təklif olunur.
Ekspert bildirir ki, bahalaşma mövsüm, eyni zamanda ixrac və idxaldan asılı olaraq dəyişir.
Kənd Təsərrüfatı Nazirliyindən bildirildi ki, indi bazarlarda müşahidə olunan qiymət artımı mövsümü xarekter daşıyır.