Bazarda qurbanlıqların qiyməti neçəyədir?

Bazarda qurbanlıqların qiyməti neçəyədir?

Qurban bayramı ilə bağlı ət bazarında və diri heyvan satışında xüsusi bahalıq müşahidə olunmur.
Bu barədə ət satışı ilə məşğul olan şəxslər bildirib.
Onların sözlərinə görə, qurbanlıq xırdabuynuzlu heyvanların diri çəkisi 9-10 manatdan, ət isə 19-20 manatdan təklif edilir ki, bu da bayramaqədərki qiymətlə eynidir.
Satıcı Ağakişi Hüseynov deyib ki, bu il alıcı da çox deyil:
"Qurbanlıq heyvanı adətən diri almaq istədikləri üçün diri çəkidən də təklif edirik – kilosu 9-10 manat arası. Bir normal qurbanlıq təxminən 250-300 manat arasındadır. Əlbəttə ki, çəkisi artdıqca qiymət də qalxır, ancaq çəkisi çox olan qoyunlar kilo baxımından daha ucuz düşür”.
Qeyd edək ki, 6 və 7 iyun Qurban bayramı qeyd ediləcək.(axar.az)
Xəbər 519 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR