Azərbaycan Prezidenti İlham Əliyev Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə yeni rəis təyin edib.
Dövlət başçısının mayın 15-də imzaladığı sərəncamla İlqar Əziz oğlu Mustafayev Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinə yeni rəisi təyin edilib.
Qeyd edək ki, Prezident İlham Əliyev mayın 4-də Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin əvvəlki rəisi Rəşad Rəfael oğlu Məmmədovu vəzifəsindən azad edib. R.Məmmədov işdən çıxarıldıqdan sonra həbs olunub. O, hazırda Milli Təhlükəsizlik Nazirliyinin istintaq təcridxanasında saxlanılır.(Report)
Aktual.az