Dövlət Bayrağı günü ilə bağlı Hacıqabul rayonunda veloyürüş keçirilib.
Aktual.az Report-a istinadən xəbər verir ki, yürüşdən öncə tədbir iştirakçıları Heydər Əliyev parkına gələrək ulu öndərin abidəsi önünə gül-çiçək dəstələri düzüblər.
Yürüşə İsmət Qayıbov küçəsindən start verilib.
Yürüşdə rayon ictimaiyyəti ilə yanaşı 50-dən çox həvəskar velosipedçi iştirak edib. İştirakçılar əllərində üçrəngli bayrağımız İsmət Qayıbov, Məhəmməd Əsədov küçələrindən keçərək Bayraq meydanına doğru hərəkət ediblər. 2 kilometrlik veloyürüş Bayraq meydanında başa çatıb. Meydanda Bayraq gününün tarixindən və əhəmiyyətindən söz açılıb.
Aktual.az