Bayramovla Mirzoyanın razılaşmağa çalışdığı sənədin adı…

Bayramovla Mirzoyanın razılaşmağa çalışdığı sənədin adı…

Vaşinqtonda ABŞ-ın vasitəçiliyi ilə Ermənistan və Azərbaycanın xarici işlər nazirləri arasında "Münasibətlərin normallaşdırılması haqqında saziş” sənədi üzrə danışıqlar başlayıb.
Aktual.az xəbər verir ki, bu barədə "Amerikanın səsi” ABŞ-ın yüksək rütbəli diplomatlarına istinadla məlumat yayıb.
ABŞ Dövlət Departamentinin yüksək vəzifəli rəsmiləri brifinqdə bildiriblər ki, Ermənistan və Azərbaycanın xarici işlər nazirləri bu həftə bir sıra görüşlər keçirəcəklər.
ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono qeyd edib ki, tərəflər arasında başlayan müzakirələr konstruktiv şəkildə davam edir.
Bononun sözlərinə görə, Münhen görüşü tərəflərin sülh prosesinə sadiq olduqlarını açıq şəkildə göstərib.
Müzakirə olunan sənəd "Münasibətlərin tənzimlənməsi razılaşması” adlanır.
Bono qeyd edir ki, Birləşmiş Ştatlar tərəflərin münasibətlərin tənzimləməsinə, birgə yaşayışa, iqtisadi əlaqələri və hətta regionda kollektiv təhlükəsizliyi gücləndirməyə çalışır.
Onun sözlərinə görə, bu, bütün məsələlərin müzakirə olunduğu mürəkkəb və əhatəli prosesdir.
Dövlət Departamentinin nümayəndəsinin bildirdiyinə görə, hərtərəfli saziş üzrə davam edən danışıqlarda tərəflər arasında müzakirə olunan məsələlərdən biri də hər iki ölkədə etnik azlıqlara münasibətdir ki, bu da etnik azlıqların hüquq və təhlükəsizliyinə istinad edir.
Laçın yolundan danışan Amerika tərəfi bir daha təsdiqləyib ki, Vaşinqton son bir neçə ay ərzində Laçın yolu vasitəsilə kommersiya və humanitar azad hərəkətin təmin edilməsinin vacibliyini çox aydın şəkildə ifadə edib və bu müzakirələrdə iştirak etməkdə davam edir, yol vasitəsilə nəqliyyatın tezliklə bərpa olunacağını gözləyir.
ABŞ Dövlət katibinin köməkçisinin müavini Erika Olson da ümid etdiyini bildirib ki, tərəflər bu həftə məsələnin həllinə nail olmaq üçün "birbaşa və səmimi” müzakirələr aparacaqlar.
"Biz bu prosesi dəstəkləməyə sadiqik və davam edə biləcək bu mühüm dialoqa burada ev sahibliyi etməkdən şərəf duyuruq”, - deyə dövlət katibinin müavini bildirib və danışıqların davamlı xarakter daşıdığını vurğulayıb.
Xəbər 197 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR