Bayramov və Mirzoyan Tehranda görüşə bilər

Bayramov və Mirzoyan Tehranda görüşə bilər

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla Ermənistan XİN başçısı Ararat Mirzoyan İranın paytaxtı Tehranda görüşə bilər.
Aktual.az xəbər verir ki, bu barədə Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyan jurnalistlərə açıqlamasında məlumat verib.
"Biz İran tərəfdən nazirlər səviyyəsində görüşlə bağlı dəvət almışıq. Hazırda iranlı həmkarlarımızla müzakirələr aparırıq. Yekun qərar barədə ictimaiyyətə açıqlama veriləcək”, - o deyib.
Nazir müavini bildirib ki, Türkiyə, Rusiya və İran nümayəndələri ilə görüşlərin keçiriləcəyi də ehtimal edilir.
Xəbər 669 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR