Bayramov Kallasla görüşdü

Bayramov Kallasla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Avropa Birliyi xarici siyasət və təhlükəsizlik üzrə ali nümayəndəsi Kaya Kallasla görüşüb.
Aktual.az Azərbaycan XİN-ə istinadən xəbər verir ki, görüş ATƏT Nazirlər Şurasının Vyanada keçirilən 32-ci iclası çərçivəsində baş tutub.
Tərəflər Azərbaycan-AB əməkdaşlığının gündəliyini nəzərdən keçiriblər, yüksək səviyyəli təmasların müsbət dinamikasını alqışlayıblar, eyni zamanda, enerji təhlükəsizliyi, nəqliyyat və rabitə, ticarət və "yaşıl keçid" sahələrində əməkdaşlığın genişləndirilməsini müzakirə ediblər.
Ceyhun Bayramov regional məsələlər və Azərbaycanın Cənubi Qafqazda davamlı sülh və sabitliyin təşviqi səyləri barədə Kaya Kallasa məlumat verib.
Xəbər 37 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR