Bayramda dəmir yolu ilə 37 min sərnişin daşınıb

Bayramda dəmir yolu ilə 37 min sərnişin daşınıb

Bayram günlərində (28 dekabr-4 yanvar) ölkə daxilində hərəkət edən sərnişin qatarlarına və Bakı-Tbilisi sürət qatarına ümumilikdə əlavə 104 vaqon qoşulub.

"Azərbaycan Dəmir Yolları" QSC-dən  daxil olan xəbərə görə, ümumilikdə, bayram günlərində, 8 gün ərzində ölkə daxilində hərəkət edən sərnişin qatarları və Bakı-Tbilisi sürət qatarı ilə 37 380 nəfər sərnişin daşınıb: "Bayram günlərində sərnişin axınının artması adi hala çevrilib. Rahat və ucuz nəqliyyat vasitəsi kimi vətəndaşlar dəmir yolunun xidmətlərindən istifadəyə üstünlük verirlər".

"Azərbaycan Dəmir Yolları" QSC-nin Sərnişin daşımaları Departamentində yeni il ərəfəsində gücləndirilmiş iş rejimi tətbiq olunub, sərnişin sıxlığının artması ilə əlaqədar ölkə daxilində hərəkət edən sərnişin qatarlarına hər gün 10-15, bəzən isə 20 ədəd əlavə vaqonun qoşulması təmin edilib.

Xəbər 392 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR