Şəkidə 62 yaşlı kişi intihar edib.
Aktual.az bildirir ki, hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, hadisə martın 8-də saat 06 radələrində rayonun Kiş kəndində qeydə alınıb.
Kiş kənd sakini, 1954-cü il təvəllüdlü Ələsgər Əsgər oğlu Niyzarovun meyidi yaşadığı evin həyətindəki mal tövləsində ailə üzvləri tərəfindən aşkar edilib.
İntiharın səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Şəki Rayon Prokurorluğunda CM-nin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlayıb, araşdırma aparılır.