Hollandiyanın Purmerend şəhərində təqribən 50 nəfərə hücum edən təcavüzkar bayquşun ömürlük həbsə məhkum olunmasına qərar verilib.
Aktual.az axar.az-a istinadən xəbər verir ki, Purmerend bələdiyyəsi təqribən 7 aydır saxlanılan bayquşun yenidən insanlara hücum edə biləcəyini əsas gətirərək, onun ömürlük həbs cəzası alması ilə bağlı qərar qəbul edib.
Qeyd edək ki, 50-dən çox insana zərər verən bayquş Şimali Hollandiyada peşəkar ovçu tərəfindən tutulub.