ABŞ Prezidenti Co Bayden Ukrayna hakimiyyətinə gizli şəkildə Rusiya ərazisinə Amerika silahları ilə hücumlar təşkil etməyə icazə verib.
Aktual.az xəbər verir ki, bu barədə "Politiko” qəzeti məlumat yayıb.
Bildirilib ki, söhbət Rusiyanın Xarkov vilayəti ilə həmsərhəd olan bölgələrindən gedir.
Belə ki, Bayden bununla bağlı komandasına müvafiq göstərişlər verib.
Qeyd edək ki, ABŞ Ukrayna Silahlı Qüvvələrinə Amerika silahları ilə Rusiya ərazisinə zərbələr endirilməsini qadağan edən siyasətini dəyişmədiyini elan edib.
Xəbər 211 dəfə oxunub.