"Baydenin imzaladığı sərəncamlar qüvvəsini itirib" - Tramp

  • DÜNYA

ABŞ Prezidenti Donald Tramp sələfi, Birləşmiş Ştatların 46-cı prezidenti Co Bayden tərəfindən avtoqələmlə (avtomatik sənəd imzalama cihazı) imzalanmış bütün əfv sərəncamlarının digər bu qəbildən olan sənədlər kimi, artıq hüquqi qüvvəsini itirdiyini bildirib.
Aktual.az xəbər verir ki, o, bu barədə "Truth Social” şəbəkəsində yazıb.
"Əfv, cəzanın yüngülləşdirilməsi və ya bu şəkildə imzalanmış hər hansı digər sənəd alan hər kəs nəzərə alsın ki, onlar tamamilə ləğv edilib, artıq hüquqi cəhətdən qüvvədə deyil”, – Tramp qeyd edib.
Tramp dəfələrlə Baydenin sənədlərin özü tərəfindən imzalanmadığını və onun ətrafının avtoqələmdən istifadə etdiyini bildirib. O, həmçinin deyib ki, Baydenin qohumları da daxil olmaqla, təxminən 2500 şəxsin əfv edilməsi ilə bağlı sərəncamlar keçmiş prezidentin xəbəri olmadan avtoqələmlə imzalandığı üçün etibarsız sayılır.
Bayden isə "The New York Times” qəzetinə müsahibəsində etiraf edib ki, onun adından əfv sərəncamlarının imzalanması zamanı avtoqələmdən istifadə edilib, lakin iddia edib ki, əfv ilə bağlı bütün qərarları şəxsən özü verib, çox sayda sənəd olduğu üçün isə avtoqələmə ehtiyac duyulub.
Xatırladaq ki, iyul ayında Ağ Ev keçmiş ABŞ liderinin avtoqələmindən istifadə edilməsi ilə bağlı araşdırma başlayıb.

Xəbər 43 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR