ABŞ Prezidenti Co Baydenin Ağ Evdə olduğu müddətdə baş məsləhətçiləri siyasətçinin səhv addımlarını, qarşılaşdığı çətinlikləri ört-basdır etmək üçün onun görüşlərinə və cədvəlinə nəzarət edirdilər.
Aktual.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Voll Strit Jurnal” məlumat yayıb.
Mənbə bildirib ki, Ağ Ev rəhbərinin ünsiyyətdə olduğu adamların dairəsini və aldığı məlumat mənbələrini məhz onlar məhdudlaşdırıblar.
Qeyd edildiyi kimi, struktur Amerika liderinin imicinə xələl gətirə biləcək, siyasi problemlər yarada biləcək və ya dünya nizamını poza biləcək səhv addımlar və ya səhvlər etməsinin qarşısını almaq üçün nəzərdə tutulub.
Xəbər 72 dəfə oxunub.