ABŞ və Ukrayna prezidentləri Co Bayden və Vladimir Zelenski iyunun 13-də İtaliyada keçiriləcək G7 sammiti çərçivəsində görüşəcəklər.
Aktual.az xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi brifinq zamanı bildirib.
"Bu görüşdən sonra hər iki lider mətbuat konfransında iştirak edəcək", - o vurğulayıb.
Qeyd edək ki, Zelenski ilə Bayden arasında sonuncu görüş bu ayın 7-si Parisdə baş tutub.
Xəbər 199 dəfə oxunub.