Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının İdarə Heyəti 2023-cü il martın 5-də Rusiya sülhməramlılarının müvəqqəti səlahiyyət zonasına daxil olan Azərbaycan ərazisində erməni separatçılarının törətdikləri növbəti təxribatla bağlı bəyanat yayıb.
Aktual.az həmin Bəyanatı təqdim edir:
"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) martın 5-də, Qarabağda erməni seperatçıların silah qaçaqmalçılığının qarşısını alarkən 2 hərbçimizin şəhid olmasından kədərləndiyini bildirir, Allahdan şəhidlərimizə rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı verir.
BAXCP bəyan edir ki, Azərbəycan hökuməti BMT tərəfindən tanınmış dövlət sərhədlərimizə nəzarəti bərpa etməli və bu zaman kimdənsə icazə istəməməlidir. Azərbaycan hökuməti bütün təzyiqləri rədd etməli, işğalçı ordunu Qarabağdan çıxarmaqla həmin ərazilərimiz üzərində dövlət suverenliyini bərpa etməli, 35 illik işğala son qoymaqla işğalın nəticələrini aradan qaldırmalıdır.
BAXCP Azərbaycan hökumətini hərbçilərimizin həyatını qorumaq üçün erməni təxribatları zamanı Silahlı Qüvvələrimizin arsenalında olan bütün növ ağır silahlardan istifadə etməyə, düşmənə havadan sarsıdıcı zərbə endirib qanunsuz silahlı birləşmələri zərərsizləşdirməyə çağırır”.
Xəbər 617 dəfə oxunub.