BAXCP: Ermənistana sülh müqaviləsi üçün daha iki tələb irəli sürülməlidir

BAXCP: Ermənistana sülh müqaviləsi üçün daha iki tələb irəli sürülməlidir

Partiya rəsmi İrəvanın sülh müqaviləsində təzminat və müharibə canilərinin ədalət məhkəməsi qarşısına çıxarılacağı ilə bağlı öhdəlik götürməsini zəruri hesab edir

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) İdarə Heyəti Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması və baş nazir Nikol Pasinyanın mövcud status-kvonun qorunub saxlanılmasına xidmət son açıqlamaları ilə bağlı bəyanat yayıb. Bu varədə xalqcebhesi.az saytına BAXCP-dən məlumat verilib.

BAXCP İdarə Heyəti hesab edir ki, rəsmi İrəvanın Rusiya sülhməramlılarının müvəqqəti nəzarəti altında olan, etnik ermənilərin yaşadığı Azərbaycan ərazilərində Ermənistan tərəfindən silahlandırılan qanunsuz hərbi birləşmələr saxlaması, Azərbaycanın qərb rayonları ilə Naxçıvan MR arasınada maneəsiz gediş-gəlişin təmin olunmasına dair öhdəliklərindən imtina etməsi Ermənistanla sərhədlərin delimitasiyası və sülh müqaviləsi barədə danışıqların irəliyə doğru aparılmasına imkan vermir: "Ermənistanın baş naziri ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü tanıdığını, Qarabağın beynəlxalq səviyyədə tanınmış Azərbaycan ərazisi olduğunu, bu ərazidə Ermənistan hərbçilərinin olmadığını bəyan etsə də faktlar Ermənistanın bu açıqlamalarında səmimi olmadığını təsdiq edir. Ermənistanın baş prokurorluğunda "Şuşanın işğalı" və 44 günlük müharibədə 10 min erməni hərbçinin fərariliyi ilə bağlı açılan cinayət işi üzrə Qarabağdakı erməni separatçılarının başçısı, müharibə canisi Araik Arutunyanın şahid qismində dindirilməsi, Ermənistanın 2023-cü il büdcəsindən separatçılara 300 milyon dollardan artıq vəsaitin ayrılması bunun növbəti təsdiqidir. Ermənistanın işğalçı dövlət kimi Azərbaycanın beynəlxalq hüququn baza prinsipləri əsasında hazırlayıb təklif etdiyi 5 bəndlik sülh müqaviləsi layihəsinə Azərbaycanın daxili işlərinə müdaxilə sayılan əlavə təkliflər irəli sürməsi rəsmi İrəvanın Azərbaycanla sülh müqaviləsi imzalamaqda maraqlı olmadığını, reallıqda ölkəmizə qarşı ərazi iddialarından əl çəkmədiyini təsdiqləyir. Bütün bunları nəzərə alan BAXCP İdarə Heyəti hesab edir ki, gələcəkdə işğalçı müharibələri önləmək və müharibə cinayətləri törətmiş şəxsləri cəzalandırmaq üçün Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü təkliflərə daha iki tələb əlavə olunmalı, sülh müqaviləsində Ermənistanın yer üzündən sildiyi Azərbaycanın yaşayış məntəqələrinə,qətlə yetirdiyi şəhidlərin ailələrinə, xalqımıza yaşatdığı mənəvi iztirablara və apardığı etnik təmizləmə siyasətinin nəticəsi olaraq bir milyon insanımızı 30 ildən artıq bir müddətdə ağır məhrumiyyətlərlə üz-üzə qoyduğuna, ekologiyaya və iqtisadiyyatımıza vurduğu ziyanlara görə, Azərbaycan dövlətinə təzminat ödəməli olması, eləcə də Xocalı soyqırımı qatillərinin, Gəncə, Bərdə, Tərtər və Mingəçevirin raket atəşinə tutulmasında, mülki Azərbaycan vətəndaşlarınınqətlə yetirilməsində günahkar olan şəxslərin ədalət məhkəməsi qarşısına çıxarılacağı barədə rəsmi İrəvanın öhdəlikləri yer almalıdır.

BAXCP İdarə Heyəti bildirir ki, reparasiya - işğalçının vurduğu ziyana görə təzminat ödəməsi, təkcə hüquqi deyil, həm də beynəlxalq əhəmiyyət daşıyan siyasi məsələdir.

BAXCP beynəlxalq təcrübəyə əsaslanaraq, reparasiya məsləsinin sülh sazişindən ayrı nəzərdə tutulmasını, yaxud beynəlxalq məhkəmələrə daşınması ideyasını düzgün hesab etmir və bu məsələnin sülh sazişində öz əksini tapmasını təklif edir”.

Xəbər 156 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR