BAXCP dinc insanların hədəf seçilməsini qətiyyətlə pisləyir

BAXCP dinc insanların hədəf seçilməsini qətiyyətlə pisləyir

Bu gün Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP) İdarə Heyətinin növbəti iclası keçirilib. İclasda Yaxın Şərqdə baş verən son hadisələr, ölkəmizə qarşı aparılan beynəlxalq hüquqa zidd qarayaxma kampaniyaları, eləcə də azərbaycanlı məcburi köçkünlərin və qaçqınların öz ata-baba yurdlarına qayıdışı ilə bağlı bəyanat qəbul edilib.
 
Bəyanatda deyilir:
 
"Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası kənar güclərin əlində alət olan Fələstinli dini-ekstremist qüvvələr tərəfindən xalqımıza torpaqlarını işğaldan azad etmək üçün dəstək olmuş dost İsrail xalqına qarşı beynəlxalq hüquq normalarına zidd olaraq dinc insanların hədəf seçilməsi ilə müşaiyət edilən, uşaqlar və qadınlar da daxil olmaqla, mülki şəxslərin öldürülməsinə, girov götürülməsinə və genişmiqyaslı dağıntılara yol açan müharibənin başladılmasını qətiyyətlə pisləyir. Öz xalqı haqqında düşünməyib, yalnız başqalarına xidmət edənlər, millətini qüdrətli müttəfiqlərə malik, müqayisəolunmaz üstün iqtisadi və hərbi güclə heç bir şansının olmadığı, nəticəsi öncədən bəlli müharibəyə cəlb edə bilər. Bütün hərbi əməliyyatlar beynəlxalq humanitar hüquq normaları çərçivəsində aparılmalıdır. BAXCP bizə dost olan iki qardaş xalq - yəhudilərlə Fələstin ərəbləri arasında "iki dövlət prinsipinə” əsaslanan ədalətli, beynəlxalq hüquqa söykənən barışın olması üçün dua edir, Türkiyənin sülh təşəbbüslərini dəstəkləyir.
 
BAXCP hesab edir ki, Türkiyə Yaxın Şərqdə davamlı sülh üçün Rusiya, Çin, ərəb ölkələri və NATO üzrə müttəfiqləri ilə birlikdə İranın "sionist rejim” adlandırdığı İsraillə, İsrailin "satanist rejim” adlandırdığı İran arasında davam edən diplomatik savaşın qanlı müharibəyə çevrilməməsi naminə, bu iki ölkənin münasibətlərinin tənzimlənməsinə də səy göstərməlidir.

"Ermənilərin reinteqrasiyası məsələsində tələsməməliyik”

BAXCP erməni seperatizmini dəstəkləyən Avropanın parlament qurumları və müxtəlif ictimai-siyasi təsisatları tərəfindən Azərbaycan əleyhinə başladılmış qarayaxma kampaniyasını beynəlxalq hüquqa zidd ləyaqətsiz davranış hesab edir, bu cür təzyiqlərin nəinki Cənubi Qafqazda, eynilə bütün dünyada sülhə xidmət etmədiyini, yeni münaqişələrin baş qaldırmasına yol açdığını vurğulayır.
BAXCP hesab edir ki, Qarabağdan köçmüş erməni sakinlərin Azərbaycana dönüşü, onlara azərbaycanlı qaçqınlardan üstün hüquqlar nəzərdə tutulmamaq şərti ilə Ermənistanla danışıqların predmeti olmalı və indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların öz evlərinə dönməsi ilə paralel aparılmalıdır".
BAXCP hökuməti ermənilərin reinteqrasiyası məsələsində tələsməməyə, ilk növbədə Xankəndidən və Qarabağdan qovulmuş vətəndaşlarımızın öz evlərinə qayıtmasını təmin etməyə, gələcəkdə yeni etnik münaqişələrin olmaması üçün növbəti qətiyyətli qərarlar qəbul etməyə çağırır.

İqtidar xarici təzyiqlərdən çəkinməməli, əmin olmalıdır ki, xalqımız davamlı sülh üçün hər cür çətinliyə sinə gərməyə və mərhumiyyətlərə hazırdır”.

Xəbər 993 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR