Batumini sel apardı - VİDEO

Batumini sel apardı -  VİDEO
  • DÜNYA

Gürcüstanın kurort şəhəri Batumidə cəmi bir neçə saat ərzində yağan leysan yağışlar və dörd ballıq güclü külək şəhərin yarısını işıqsız qoyub, evlər su altında qalıb.

Aktual.az Report-a istinadən xəbər verir ki, yerli xilasedicilər yardım barədə 90 zəng qəbul ediblər.

İnsanlar su basmış küçələrdə, binaların birinci mərtəbələrində və mağazalarda çıxılmaz vəziyyətdə qaldıqlarından şikayətləniblər.

Paytaxt Tbilisi və Kutaisi şəhərindən Batumiyə xilasetmə işləri üçün əlavə canlı qüvvə və texnika göndərilib.

 
Xəbər 727 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR