Batumidə “Heydər Əliyev adına Azərbaycanşunaslıq Mərkəzi“ açıldı - Fotolar

Batumidə “Heydər Əliyev adına Azərbaycanşunaslıq Mərkəzi“ açıldı   - Fotolar

Mərhum prezident Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü ilə əlaqədar mayın 10-da Azərbaycan Respublikasının Batumi şəhərindəki Baş Konsulluğu tərəfindən tədbir keçirilib.


Aktual.az xəbər verir ki, Konsulluqda Baş konsul Rəşad İsmayılov, Batumi Dövlət Universitetinin Beynəlxalq hüquq, Beynəlxalq münasibətlər üzrə təhsil alan 30 nəfərdən ibarət tələbələrini qəbul edib, onlara Heydər Əliyevin Azərbaycan tarixindəki parlaq ictimai-siyasi fəaliyyətindən bəhs edib.

Bundan sonra, Şota Rustaveli adına Batumi Dövlət Universitetində mərhum prezidenti adını daşıyan “Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi”nin açılışı olub. Acılışda Baş konsul Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində göstərdiyi xidmətləri xatırladıb və məhz onun səyləri nəticəsində Azərbaycanın dünya ictimaiyyəti arasında öz layiqli yerini tutduğunu qeyd edib. Ötən əsrin 90-cı illərinin əvvəllərində ölkənin üzləşdiyi problemlərin həllində, möhkəm iqtisadi inkişafın əsasının yaradılmasında və tarazlaşdırılmış xarici siyasət kursunun təyin edilməsində Heydər Əliyevin əvəzedilməz rolunu vurğulayan baş konsul onun tərəfindən əsası qoyulan inkişaf strategiyasının Azərbaycanı regionun lider ölkəsinə çevirdiyini bildirib.
Baş konsul Rəşad İsmayılov “Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi”nin yaradılmasının iki ölkə arasında elm, təhsil, mədəniyyət, humanitar və digər əlaqələrə dair konfrans və sərgilərin keçirilməsi, universitetin tələbələri üçün Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmağı baxımından son dərəcə vacib olduğunu bildirib.

Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Aftandil Beridze cıxış edərək, Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətlərindən danışıb.
Tədbirdə Acarıstan Muxtar Respublikasının Ali Sovetinin sədri Aftandil Beridze və digər dövlət rəsmiləri, Acarıstan Muxtar Respublikasının Təhsil, Mədəniyyət və İdman naziri Qiya Tavamaishvili, Batumi şəhərinin meri Georgiy Yermakov, Türkiyə Respublikasının və İran İslam Respublikasının Baş Konsulluqlarının əməkdaşları,Batumi Dövlət Universitetinin rektoru , Acarıstan Muxtar Respublikasının hökumət aparatının və nazirliklərinin, “SOCAR-Georgia” şirkətinin əməkdaşları, muxtar respublikanın ziyalıları və Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Çıxışların ardınca Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edən film nümayiş etdirilib.

Xəbər 338 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR