Batumidə Azərbaycanın turizm potensialının təbliğ kompaniyası başladı

Batumidə  Azərbaycanın turizm potensialının təbliğ kompaniyası başladı

Batumi şəhərində Azərbaycan Respublikasının turizm potensialının təbliğ kompaniyası başladı

Azərbaycan Respublikasının turizm potensialının təbliği və qonşu ölkədən turistlərin cəlb edilməsi məqsədilə, Azərbaycanın Batumi şəhərindəki Baş Konsulluğunun təşəbbüsü ilə, Batumi Hava Limanı magistral yolunda və Kabuleti istiqamətindəki magistral yolda küçə reklam lövhələri quraşdırılmışdır. Reklam lövhələrində Bakının möhtəşəm gecə və gündüz görüntüləri, Qiz Qalası tarixi abidəsinin fotoşəkillərini, həmçının Batumi və Tiflisin görüntüləri əks olunmuşdur. Baş konsulluq tərəfindən həyata keçirilən bu layihə Batumi şəhərinin meriyası tərəfindən böyük maraqla qarşılanmış və Acarıstan Muxtar Respublikasında dərc edilən “Ajara” qəzetində geniş işıqlandırılmışdır.

Xəbər 391 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR