Batumi Dövlət Universitetində Azərbaycanşünaslıq Mərkəzinin yaradılması nəzərdə tutulur

Batumi Dövlət Universitetində Azərbaycanşünaslıq Mərkəzinin yaradılması nəzərdə tutulur

Noyabrın 19-da Azərbaycanın Batumidəki baş konsulu Rəşad İsmayılovun Şota Rustaveli adına Batumi Dövlət Universitetinin rektoru vəzifəsini icra edən Merab Xalvaşi ilə görüşündə Gürcüstan ilə Azərbaycan arasındakı tarixi əlaqələrdən söhbət açılıb, xalqlarımızın yaxın qonşuluq və möhkəm dostluq şəraitində yaşadıqları vurğulanıb.

Görüşdə hər iki xalqın tarixin müxtəlif dövrlərində eyni dövlətlərin tərkibində olduğu, oxşar talelər yaşadığı və mədəni dəyərlərdə də ortaqlıq yaradıldığı qeyd edilib. Qafqazın ən qədim xalqları olan azərbaycanlılar və gürcülərin bütün tarix boyu həmişə bir yerdə olduğu, öz etnik xüsusiyyətlərini və milli ənənələrini qoruyub saxladığı diqqətə çatdırılıb. Ölkələrimiz arasında əlaqələrin bütün sahələrdə inkişaf etdirilməsinin vacibliyi vurğulanıb. Bildirilib ki, bu qardaşlıq və əməkdaşlıq gündən-günə genişlənir və bununla, ziyalıların, elm və təhsil işçilərinin əməkdaşlığına mühüm əhəmiyyət verilir.

M.Xalvaşi universitetlə baş konsulluq arasında sıx əlaqələr qurulduğunu bildirib, hər il bu təhsil ocağında ümummilli lider Heydər Əliyevin anadan olmasının ildönümləri ilə bağlı təntənəli tədbirlərin keçirildiyini qeyd edib, təşkil olunmuş digər tədbirlərdən də danışıb. Batumi Dövlət Universitetində “Acarıstan-Naxçıvan Muxtar Respublikası” dostluq auditoriyasının dərinləşən dostluğumuzun və təhsil əlaqələrimizin gözəl nümunəsi olduğu qeyd edilib. Gələcəkdə universitet nəzdində Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi və ya auditoriyasının yaradılması, iki ölkə arasında elm, təhsil, mədəniyyət, humanitar və digər əlaqələrə dair konfrans və sərgilərin keçirilməsi, universitetin türkşünaslıq bölməsinin tələbələri üçün Azərbaycan ədəbiyyatı, tarixi və mədəniyyəti ilə daha yaxından tanış olmaq üçün mühazirələrin oxunması və Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəblərinin açılması məsələlərinə toxunulub.

Baş konsul universitet ilə diplomatik qurum arasındakı münasibətlərin daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.

Aktual.az

Xəbər 685 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR