Rusiyanın Başqırdıstan Respublikasında "donuz qripi"nə yoluxanların sayı 34 nəfərə çatıb.
Aktual.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional nümayəndəliyindən verilən məlumatda deyilir.
"Bu gün laborator qaydada 34 nəfərin bu xəstəliyə yoluxması təsdiqlənib. Onların arasında 17 uşaq var", - deyə regional nümayəndəlikdən bildirilib.
"Donuz qrip"i əsasən Ufa, Uçalı, Beloreçk və Kumertau şəhərlərində qeydə alınıb.