Bakıda başqasının hesabından pul oğurlayan qadın saxlanılıb.
Aktual.az bildirir ki, bu barədə DİN-in rəsmi saytı məlumat yayıb.
Məlumata görə, Səbail Rayon Polis İdarsənin 8-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Əmri Əliyevin "Kapital bank"dakı hesabından 200 manat çıxararaq oğurlayan paytaxt sakini İrina Sadıxova saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.