Başı kəsilmiş 5 nəfərin meyiti tapıldı

Başı kəsilmiş 5 nəfərin meyiti tapıldı

Meksikanın Verakrus ştatında başı kəsilmiş 5 nəfərin meyiti tapılıb.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, meyitlər Rodriqes-Klara və Nopaltepek yaşayış məntəqələri arasındakı yolda aşkarlanıb.
 
İlkin ehtimala görə, insidentə səbəb narkotik maddələrin satışı və tranziti ilə məşğul olan qruplar arasında baş verən münaqişə olub. Verakrus ştatında bir-biri ilə mübarizə aparan, ABŞ-a narkotiklərin tədarükü ilə məşğul olan iki narkokartel fəaliyyət göstərir.
 
Qeyd edək ki, bu ilin yanvarında Meksikanın Mansanilyo şəhərində (Kolima ştatı) avtomobildə başı kəsilmiş 6 kişi və 1 qadın meyiti tapılıb.
 
Aktual.az
Xəbər 360 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR