Aktual.az xəbər verir ki, Elchi.az-a daxil olan məlumata görə martın 5-də axşam saatlarında Goranboy rayonunun Qızılhacılı kəndı ərazisində agır yol nəqliyyat hadisəsi baş verib.
Hadisənin baş verməsinə Naftalan şəhəri İcra hakimiyyəti başçısının müavininin xidməti maşın səbəb olub. 3 maşınin yararsız hala düşməsi ilə nəticələnən 46 – AA – 002 dövlət qeydiyyat nişanlı İcra hakimiyyətinə məxsus nəqliyyat vasitəsinin sükanı arxasında isə başçının müavini Arzu Məmmədovun şəxsən ozünün olduğu deyilir. Hadisə şahidlərinin bildirdiyinə görə başçının müavini sərxoş vəziyyətdə olub. İcra hakimiyyətindəki mənbənin Elchi.az-a verdiyi məlumata görə hadisə Dövlət yol patrul xidmətinin əməkdaşları tərəfindən qeydə alinsa da, baş vermiş hadisə Prezident Aparatından gizlədilir.
Xatirladaq ki, Arzu Məmmədov SOCAR-ın vitse prezidenti Bədəl Bədəlovun qudası, Binəqədi raon İcra hakimiyyətinin başçısı Xaləddin İsgəndərovun əmisi oğludur(?).