“Baş vermiş hadisə təxribat da ola bilər” Münasibət

“Baş vermiş hadisə təxribat da ola bilər”  Münasibət

“Dünən baş vermiş hadisə ilə bağlı Ermənistan mətbuatında gedən məlumatlarda yazırlar ki, Azərbaycanda terror hadisəsi baş verib və bunu Sadval törədib. Bunun özü bir daha sübut edir ki, Azərbaycanın düşmənlərinin əsas məqsədi və hədəfi Azərbaycanda keçirilən ilk Avropa Oyunlarıdır".

Aktual.az xəbər verir ki, bu fikirləri mətbuata BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı deyib. Onun sözlərinə görə, nların məqsədi Azərbaycanda qorxu, xof yaratmaqdır:”Məqsədli şəkilidə bunu terror adlandırlar. Bilirlər ki, Azərbayana minlərlə qonaq gələcək. 2000 yaxın Avropanın telekanalları, agentlikləri, mediyası, xəbər portalları gələcək və bütün Avropaya Azərbayanı göstərəcək. Avropa Oyunları yaxınlaşdıqca bütün güclərini işə salıblar. Dünən baş vermiş hadisəyə ilə bağlı cənab prezident İlham Əliyevin Dövlət Komissiyasının yaradılması haqqında sərəncamının verilməsi onu göstərdi ki, baş vermiş hadisə ölkə rəhbərliyinin birbaşa nəzrətindədir.Bu gün artıq prezident İlham Əliyev hadisə yerində olub. İnanıram ki, bu hadisənin təxribat və ya məmur səhləngarlığının olmasının müəyyən edilməsini Dövlət Komissiyası qısa müddətdə araşdırıb müəyyən edəcək. Şəxsən mən etimal edirəm ki, baş vermiş hadisə təxribat məqsədi ilə də edilə bilər. Məncə, bu üzlüklər artıq 1 ilə yaxındır ki, vurulub. Niyə indi durduğu yerdə birdən birə yanmağa başladı?! Bunun yanmasının səbəbi nədır? Göründüyü kimi, bir çox sullar var. Bütün bu sulların cavabı yaxın zamalarda məlum olar.”

Aktual.az

Xəbər 1305 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR