Almaniyanın baş ravvini Avixal Apel müsəlman ölkəsi olan Azərbaycanın əsrlər boyu yəhudilərə qayğı göstərdiyini bildirib.
Aktual.az xəbər verir ki, Avixal Apel bu sözləri Strasburqda Avropa Şurasının Beynəlxalq Holokost qurbanlarının anım gününə həsr olunmuş mərasimində deyib.
Din xadimi ölkəmizdə antisemitzmin olmadığını, lakin ürəyini yəhudilərə açan Azərbaycanın AB ölkələrindən lazımi dəstək almadığını qeyd edib.
O, dəstək əvəzinə Fransa Senatının Avropanın təhlükəsizliyini, sərhədlərini qoruyan və vicdanlı mövqeyi ilə seçilən Azərbaycandan neft və qaz alınmasına embarqo qoyulmasına çağırdığını təəssüflə vurğulayıb.
Xəbər 196 dəfə oxunub.