Azərbaycan Respublikası müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov NATO-nun mənzil-qərargahında Şimali Atlantika Alyansının Hərbi Komitəsinin "Qətiyyətli Dəstək" missiyasına töhfə verən qeyri-NATO ölkələri ilə Baş Qərargah rəisləri səviyyəsində keçiriləcək görüşdə iştirak etmək üçün Brüssel şəhərinə yola düşüb.
Aktual.az bildirir ki, Müdafiə Nazirliyinin Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşdə hərbi əməkdaşlıq məsələləri, Əfqanıstandakı siyasi və təhlükəsizlik vəziyyəti, əməliyyat şəraitindəki dəyişikliklər, onların Əfqan Milli Təhlükəsizlik Qüvvələrinə təsiri və digər mövzular ətrafında müzakirələr aparılacaq.