Ukrayna Baş prokuroru Viktor Şokin istefa verib.
Aktual.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə “Ukrayna həqiqətləri” saytına Şokinə yaxın mənbə bildirib.
Qeyd edək ki, Ukrayna prezidenti Petro Poroşenko bu gün ölkənin Baş prokuroru V. Şokini və Baş nazir Arseniy Yatsenyuku istefaya çağırıb. Hər iki dövlət rəsmisini istefaya səsləyən bəyanatın mətni prezidentin rəsmi saytında yerləşdirilib.
Aktual.az