“Ölkədə kriminogen durum tam nəzarət altındadır”.
Aktual.az Trend-ə istinadən xəbər verir ki bu sözləri, jurnalistlərə açıqlamasında Azərbaycanın Baş prokuroru Zakir Qaralov deyib.
Onun sözlərinə görə, ölkədə rezonans doğuran işlərin bir çoxunun istintaqı uğurla aparılıb: “Həmin işlərin bir çoxunun istintaqı yekunlaşaraq məhkəmələrə göndərilib. Bəzilərinin istintaqı davam etdirilib”.
Baş prokuror bildirib ki, prokurorluq orqanlarının işində nöqsanlar da var: “Bu nöqsanların aradan qaldırılması istiqamətində işlər görülür”.