Kanadanın baş naziri Castin Trüdo Torontoda keçiriləcək gey-paradda iştirak edəcək.
Aktual.az Report-a istinadən bildirir ki, bu barədə tədbir təşkilatçılarına istinadən CBC telekanalı məlumat yayıb.
Məlumata görə, parad iyulun 3-də keçiriləcək. Kanadanın hazırkı baş naziri belə bir tədbirdə iştirak edən ilk Nazirlər Kabineti rəhbəri olacaq.
"Yenidən orada olmağı səbirsizliklə gözləyirəm, bu dəfə baş nazir qismində", - deyə Trüdo "twitter"dəki səhifəsində yazıb.
Onunla yanaşı paradda ölkənin maliyyə naziri, Toronto meri, suriyalı qaçqınlar və s. iştirak edəcək.