Baş naziri daşıyan helikopterin pəri 20 yaşlı qızın başını kəsdi - Peruda

Baş naziri daşıyan helikopterin pəri 20 yaşlı qızın başını kəsdi -   Peruda
  • DÜNYA

Perunun baş naziri Pedro Katerianonun olduğu helikopterə qaçaraq yaxınlaşmağa çalışan 20 yaşlı tələbə qız faciəvi şəkildə ölüb.

Aktual.az-ın APA-ya  istinadən verdiyi xəbərə görə, bu barədə yerli “RPP” nəşri məlumat yayıb.

Məlumata görə, 20 yaşlı Lina Sapata Feyxo qardaşının haqsız yerə həbsxanaya yerləşdirilməsi ilə bağlı şikayət məktubunu baş nazirə ötürmək məqsədilə Pedro Katerianonun helikopterinə doğru qaçıb.   

Bu zaman helikopterin hərəkətdə olan pəri qızın başını bədənindən ayırıb. İnsident  səbəbindən Kateriano səfərini dayandırmalı olub. Hakimiyyət qurumları insidentin ciddi şəkildə araşdırılacağını və hadisəyə görə məsuliyyət daşıyan baş nazirin mühafizəçiləri cəzalandırılacağını vəd ediblər

 
Xəbər 580 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR