Almaniyanın ARD telekanalında nümayiş olunmuş süjetlərdən biri ölkədə böyük qalmaqal yaradıb. Həmin süjetdə ölkə kansleri Angela Merkelə çadra "geyindirilmişdi".
Hicablı Merkelin minarələr fonunda göstərildiyi fotokollaj "Berlindən reportajlar" proqramında göstərilib. Süjet miqrantlarla bağlı kvotalara həsr olunmuşdu.
Almanlar hiddətləniblər. Onların dediklərinə görə, çadralı Merkel Almaniyada qatı islamofobiya mövqeyi ilə seçilən "Pegida"nın aksiyalarında istifadə olunan kollajlara bənzədilib.
ARD telekanalının rəhbərliyi isə ittihamları rədd edərək bildirib ki, kollajın məqsədi tamaşaçıların diqqətini ciddi məsələyə cəlb etməkdi.